19/12/2018
14:38
2211
| A A A
Vitali Mutko istefa verdi

Vitali Mutko Rusiya Futbol İttifaqının prezidenti vəzifəsindən ayrılıb.

Goal.az xəbər verir ki, bu barədə qurumun rəsmi "Tvitter" səhifəsi məlumat yayıb. Onun yerinə əsas namizədlərin "Zenit"in direktorlar şurasının sədri Aleksandr Dyukov və "Rusiya 2018" təşkilat komitəsinin baş direktoru Aleksey Sorokinin olduğu bildirilib.

Qeyd edək ki, Mutko 2017-ci ilin dekabrından qurumun prezidenti vəzifəsində öz fəaliyyətini dondurmuşdu. Onun vəzifəsini indiyə kimi Aleksandr Alayev icra edir. Rusiya Futbol İttifaqının prezidentliyinə yeni seçkinin 2019-cu ilin fevralın 22-də keçiriləcəyi bildirilir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27400 səs