12/04/2019
16:50
2111
| A A A
Ramil Şeydayev meydana kosmonavt geyimində çıxacaq
Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın "Krılya Sovetov" klubu Premyer Liqanın XXIII turunda evdə "Rubin"ə qarşı keçirəcəyi oyuna xüsusi formada çıxacaq.
Goal.az xəbər verir ki, Samara təmsilçisinin futbolçuları Beynəlxalq Kosmonavtika Günü münasibəti ilə bu günə aid formalar geyinəcək. Komandanın start heyətini Dima adlı robot elan edəcək. Meydan sahibləri görüşdə gümüşü, qonaqlar isə ağ formada olacaqlar.  
Qeyd edək ki,  "Krılya Sovetov" - "Rubin" matçı bu gün Bakı vaxtı ilə saat 19.30-da başlayacaq. 

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16898 səs