30/04/2019
11:55
1940
| A A A
Rusiya klubu azərbaycanlı futbolçulara müqavilə təklif edir

Rusiyanın Krylya Sovetov klubu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevlə yeni müqavilə məsələsini müzakirə edəcək.

Goal.az-ın RB nəşrinə istinadən verdiyi məlumata görə, Samara təmsilçisi 23 yaşlı hücumçu ilə danışıqlar masasına mayın sonlarında əyləşəcək. Şeydayevin hazırkı müqaviləsi məhz cari mövsümün sonunadək nəzərdə tutulub.

Bundan başqa, klub əslən azərbaycanlı yarımmüdafiəçi Aleksandr Səmədova bir və ya iki illik yeni müqavilə təklif edəcək. Bu, 35 yaşlı oyunçunun istəyindən asılı olacaq. Səmədovun özünün də hələ karyerasını davam etdirməkdə maraqlı olduğu bildirilir.

Krylya Sovetov rəsmisi Aleksandr Şikunov isə hazırda əsas məqsədlərinin Premyer Liqada qalmaqdan ibarət olduğunu bildirib. O, yeni müqavilə məsələlərinə məhz bu məsələni həll etdikdən sonra aydınlıq gələcəyini əlavə edib.

Qeyd edək ki, Ramil Şeydayevlə ötən yay 1 illik, Aleksandr Səmədovla isə bu qış yarım illik müqavilə bağlanılıb. Səmədov mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının final matçının səfiridir. Krylya Sovetov 26 turdan sonra 27 xalla 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33169 səs