05/05/2019
10:14
1652
| A A A
Rusiyada çempion müəyyənləşdi

Rusiya Premyer Liqasında 2018-2019 mövsümünün qalibi müəyyənləşib.

Goal.az-ın məlumatına görə, 27-ci turda evdə Axmat klubu ilə bərabərə (1:1) qalan Zenit vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib. Bu heç-heçədən sonra xallarının sayını 58-ə çatdıran Sankt-Peterburq təmsilçisi sona 3 tur qalmış ən yaxın izləyicisi Lokomotiv-i 9 xal qabaqlayır. Mövsümün sonunda Moskva təmsilçisi Zenit-ə çatsa belə, şəxsi oyunlardakı nəticələrə görə lideri qabaqlamaq mümkün olmayacaq.

Qeyd edək ki, bu, Zenit-in ümumilikdə 6-cı Rusiya çempionluğudur. Sergey Semakın başçılıq etdiyi komanda sonuncu dəfə 4 il öncə - 2014-2015 mövsümündə Premyer Liqanın qalibi olmuşdu.

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
1261 səs