03/06/2019
09:41
1810
| A A A
Şeydayevin komandası Premyer Liqada qaldı

Krylya Sovetov komandası 2019/2020 mövsümü üçün Rusiya Premyer Liqasındakı yerini qoruyub.

Goal.az-ın məlumatına görə, Samara təmsilçisi I Divizion təmsilçisi Nijni Novqorod-la keçid cavab oyununda sərfəli nəticəyə imza atıb.

"Samara Arena"da təşkil olunmuş qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 45-ci dəqiqədə Daniil Fomin vurub. İlk görüşdə Krylya Sovetov 3:1 hesablı səfər qələbəsinə imza atdığı üçün iki oyunun nəticəsində Premyer Liqada qala bilib.

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev bu görüşdə də Krylya Sovetov-un start heyətində yer alıb.