25/06/2019
13:21
2002
| A A A
Ramil Şeydayevin taleyinə aydınlıq gəldi

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin taleyinə aydınlıq gəlib.

Goal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, forvard növbəti mövsümü də Krylya Sovetov-da keçirəcək. Ramil Samara təmsilçisi ilə yeni müqavilədə razılaşıb. Yalnız münasibətlərin rəsmiləşdirilməsi qalıb. Sözləşmənin müddəti barədə məlumat verilməyib.

Hücumçumuz Avstriyada təlim-məşq toplanışında olan komandasının düşərgəsinə bu gün qoşulacaq. Yeni müqavilənin də bundan sonra imzalanması gözlənilir.

Qeyd edək ki, Ramil Şeydayev ötən mövsüm keçirdiyi 18 oyunda 4 qola imza atıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
21941 səs