Moskva təmsilçisində istefa
Spartak Moskva baş məşqçisi Oleq Kononovla yollarını ayırıb.
Goal.az xəbər verir ki, onun Rusiya Premyer Liqanın 11-ci turunda Orenburg-a məğlubiyyətdən (1:2) sonra istefası rəhbərlik tərəfindən qəbul edilib.
Xatırladaq ki, Kononov 2018-ci ilin noyabrından Spartak-ı çalışdırırdı.
Qeyd edək ki, Spartak Moskva Rusiya Premyer Liqasında 11 turdan sonra 14 xalla 16 komanda arasında 9-cu pillədə qərarlaşıb.