06/10/2019
11:11
1108
| A A A
Moskva təmsilçisində istefa

Dinamo Moskva klubunun baş məşqçisi Dmitri Xoxlov istefa verib.

Goal.az xəbər verir ki, o, Premyer Liqanın 12-ci turu çərçivəsində bu gün keçirilən Orenburg-la oyundan sonra postundan ayrılmağa qərar verdiyini söyləyib.

Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Artıq klub rəhbərliyi Xoxlovun istefasını qəbul edib.

Qeyd edək ki, Dinamo Orenburg-la oyunda 0:2 hesabıyla uduzub. Ümumiyyətlə, 12 oyuna cəmi 10 xal toplamış Moskva klubu hazırda 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Dinamo-da Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev də çıxış edir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36859 səs