16/12/2019
18:38
2059
| A A A
Rubin-də məşqçi ayrılığı

Rubin Kazan baş məşqçisi Roman Şaronovla yollarını ayırıb.

Goal.az xəbər verir ki, bu barədə Kazan təmsilçisinin rəsmi saytı məlumat yayıb. 43 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Şaronov bu ilin yayından Rubin-i çalışdırırdı.

Kazan klubu Rusiya Premyer Liqasında 16 komanda arasında 13-cü sıradadır.