20/12/2019
13:45
2266
| A A A
Rusiyanın Azərbaycan əsilli sabiq futbolçusu menecer olub

Rusiya millisinin Azərbaycan əsilli sabiq futbolçusu Aleksandr Səmədov futbol meneceri olub.

Goal.az xəbər verir ki, bu barədə o özü məlumat verib.

"Menecer (idman agenti) fəaliyyəti ilə məşğul olmağa başladım. Artıq müştərilər də var, siz çətin ki, onlar haqqında bilirsiniz. Aydındır ki, hələlik top futbolçu yoxdur, yavaş-yavaş başlamaq lazımdır. Mən statusumu nəzərə alaraq öz xidmətlərimi top oyunçulara təklif edə bilərəmmi? Hər şey tədricən olacaaq. Səs-küysüz, tozsuz və çirksiz hər şeylə məşğul oluruq", - deyə o bildirib.

"Bu ağırdır? Çətin. Bizdə agentlər var, bazar artıq müəyyən insanlar tərəfindən tutulub. Başqa agentlərin mənə nə aidiyyəti? Mənimçün fərqi yoxdur, mənim onlarla bağlılığım yoxdur. Bəziləri ilə ünsiyyət saxlayıram - mən onları tanıyıram, onlar da məni. Hər kəsin öz yolu var".

Sabiq futbolçu bildirib ki, o, tezliklə menecer olmayacaq. Bəli, biz agentliq qururuq, bununla məşğul olmağı sınaqdan keçiririk. Mətbuata aidiyyətə gəlincə, hər kəsin öz şəraiti və həqiqəti var. Kimsə kölgədə olmaq istəyir, kimsə açıq... Mən öz tərəfimdən hələ ki yalnız öyrənirəm. İndi deyə bilmirəm, mən (mətbuata-red) bağlı, yoxsa açıq olacağam", - deyə Səmədov bildirib. (report)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8819 səs