10/01/2020
11:07
1837
| A A A
Kaşşainin yeni iş yeri bəlli oldu

Rusiya Futbol İttifaqının Hakimlər Departamentinin yeni rəhbəri bəlli olub.

Goal.az xəbər verir ki, bu posta macarıstanlı sabiq futbol hakimi Viktor Kaşşai gətirilib.

Kaşşai bu vəzifədə Aleksandr Yeqorovu əvəzləyib. Yeqorov Rusiya çempionatındakı vəziyyəti düzəltmək üçün dekabrın sonuna kimi təyin olunmuşdu.

Qeyd edək ki, Viktor Kaşşai dekabrın sonunda karyerasını bitirib. 1999-cu ildən hakimliyə başlayan Kaşşai 2003-cü ildən oyunlara FIFA referisi kimi təyinat alıb. O, Pekin-2008 Yay Olimpiya Oyunlarının, 2011-cü ildə Çempionlar Liqasının finalını və 2016-cı Avropa çempionatının açılış oyununu idarə edib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
7983 səs