12/09/2020
20:52
7284
| A A A
Rusiya klubunun yeddi futbolçusunda koronavirus aşkarlandı

Volqoqradın Rotor futbol klubunun yeddi oyunçusunda koronavirus aşkar edilib.

Goal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirib.

Qeyd edilir ki, analizlərin müsbət nəticələri İlya Jiqulevin, Aleksandr Saplinovun, Beki Mikeltadzenin, Kamil Mullinin, Niki Kipianinin, Azat Bayrıevin və Aleksandr Dovbninin müntəzəm yoxlamaları zamanı aşkarlanıb. Bundan başqa, inzibati qərargahın iki əməkdaşı da xəstələnib.

Komanda infeksiyanın yayılmasının qarşısının alınması üçün tədbirlər görüb və xəstəliklə bağlı Rusiya Futbol İttifaqına və Tinkoff rəhbərliyinə xəbərdarlıq edib.

Krasnodar futbol klubuna qarşı matç olacaq!", - Rotor-dan bildiriblər.

Rotor və Krasnodar komandaları arasında matç sabaha planlaşdırılıb. (Report)

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
20019 səs