09/11/2020
16:40
1640
| A A A
Rusiyada 2 referi hakimlikdən kənarlaşdırıldı

Rusiya Futbol İttifaqının (RFS) Hakimlər Komitəsi iki referini cəzalandırıb.

Goal.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Mixail Vilkov və Vladislav Bezborodov "Krasnodar"ın qalmaqallı oyunlarındakı qərəzli idarəçiliyə görə ilin sonunadək hakimlikdən kənarlaşdırılıb.

Vilkov "Rubin"lə (3:1), Bezborodov isə Moskva "Lokomotiv"i ilə (1:3) matçdakı kobud səhvləri səbəbindən bu cəzaya məruz qalıblar. Sonuncu oyunda VAR hakimi olan Kirill Levnikova isə yüngül cəza verilib.

Qeyd edək ki, Vilkov həmçinin "Rubin"in şikayətinə baxılarkən Nizam-İntizam Komitəsinin üzvlərini yoldan çıxardığını etiraf edib. Bundan sonra Apellyasiya Komitəsi federasiyadan referiyə sanksiya tətbiq olunmasını tələb edib.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
20019 səs