13/11/2020
15:27
1876
| A A A
Rusiyalı futbolçu 12 illik həbs cəzası aldı

Rusiyanın "Rubin" klubunun sabiq futbolçusu Sergey Xarlamov həbs olunub.

Goal.az xəbər verir ki, 47 yaşlı keçmiş müdafiəçi dələduzluğa görə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Onun Rusiyanın ən böyük maliyyə piramidalarından sayılan KPK "Rost” mütəşəkkil cinayətkar qrupunun tərkibində olması sübuta yetirilib.

2018-ci ilin sentyabrında Tatarıstan Prokurorluğu maliyyə piramidasının təşkili ilə bağlı cinayət işi üzrə ittiham aktını təsdiqləyib. İştirakın rolu və dərəcəsindən asılı olaraq, yeddi nəfər cinayət törətməkdə ittiham olunub.

Qeyd edək ki, "Rubin"in yetirməsi Sergey Xarlamov əsas komandanın kapitanı da olub. O, 1992/1993 mövsümündə və 1997 - 2004-cü illərdə komandanın formasını geyinib. (report)

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
20019 səs