25/12/2020
18:41
1064
| A A A
Hakimi vuran futbolçuya 100 saatlıq icbari iş verildi

Məhkəmə oyun zamanı baş hakim Nikita Dançenkovu döyən Rusiya millisinin sabiq futbolçusu Roman Şirokov barəsində hökm çıxarıb.

Goal.az xəbər verir ki, 39 yaşlı keçmiş yarımmüdafiəçiyə 100 saatlı icbari iş və 100 min rubl cərimə tətbiq edilib.

Şirokov həvəskar komandaların oyununda Dançenkova hücum çəkib və onu vurub. Referi veteran yarımmüdafiəçinin zərbəsindən yerə yıxılıb. Daha sonra Dançenkova tibbi yardım göstərilib.

Qeyd edək ki, karyerası ərzində 56 dəfə Rusiya millisinin formasını geyinmiş Roman Şirokov ölkəsinin CSKA, Rubin, Krasnodar və Spartak Moskva kimi klublarında çıxış edib. (report)

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
20019 səs