Rusiya klubu azərbaycanlı futbolçu ilə yollarını ayırdı
Rusiyanın Ufa klubu əslən azərbaycanlı futbolçusu Azər Əliyevlə yollarını ayırıb.
Goal.az xəbər verir ki, bu barədə Başqırdıstan təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, 26 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, bu mövsüm Əliyev Rusiya Premyer Liqasında 15 oyuna 1 qol vurub. O, Ufa-ya 2018-ci ildə Krılya Sovetov-dan keçib.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR