Zenit-də yeni müqavilə
Zenit klubu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Jalə Məhsimova ilə müqavilənin müddətini uzadıb.
Goal.az xəbər verir ki, 25 yaşlı futbolçu ilə 1 illik yeni sözləşmə imzalanıb.
Təcrübəli müdafiəçi ötən ilin yayından Sankt-Peterburq təmsilçisində çıxış edir.
Qeyd edək ki, Jalə Məhsimova daha əvvəl Rusiyada Torpedo, Azərbaycanda isə Sumqayıt, Səbail və Uğur klublarının formasını geyinib.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR