21/01/2021
11:29
2024
| A A A
Ukraynalı futbolçu Rusiya klubuna keçdi

Belarusun Dinamo Brest klubunun ukraynalı futbolçusu Aleksandr Noyok Rusiya Orenburg-una keçib.

Goal.az xəbər verir ki, bu barədə 28 yaşlı yarımmüdafiəçi və onun yeni klubu instaqramda paylaşım edib. Lakin onlar müqavilə müddətini açıqlamayıblar.

Qeyd edək ki, Aleksandr Noyok Brest Dinamo-sunda 2018-ci ildən forma geyinməyə başlayıb. O, əvvəllər Ukraynanın Shakhtar, Metallist, Belarusun Dinamo Minsk və digər komandalarda çıxış edib. Orenburg Rusiyanın səviyyəcə ikinci sayılan Milli Futbol Liqasında mübarizə aparır və bu mövsüm 26 oyundan 54 xalla 3-cü pillədə qərarlaşıb.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
20019 səs