Rusiyalı futbolçunun dopinq testi saxtalaşdırılıb
Rusiyanın “Rostov” klubunun futbolçusu Vladimir Obuxov 4 il müddətinə diskvalifikasiya oluna bilər.
Goal.az xəbər verir ki, 29 yaşlı hücumçu antidopinq qaydalarını pozmaqda ittiham olunur.
Bununla bağlı ali futbol qurumu FİFA-dan Rusiya Futbol İttifaqına rəsmi məktub ünvanlanıb.
Məktubda Obuxovdan 2013-cü ildə Rusiyanın gənclər yığmasının düşərgəsində olanda götürülmüş və neqativ çıxdığı deyilən dopinq testin əslində qadağan olunmuş “metandienon” maddəsinin izlərini daşıdığı vurğulanıb.
Obuxov 2020-ci ilin oktyabrından “Rostov”da çıxış edir. Hücumçu 2013-cü ildə Moskvanın “Spartak” klubunun əvəzedici komandasında forma geyinirdi.(matc)
Çempionlar Liqasını kim qazanacaq?
MANCHESTER CITY
LIVERPOOL
REAL MADRID
PSG
CHELSEA
BORUSSIA DORTMUND