19/07/2021
17:24
5804
| A A A
CSKA-nın yeni baş məşqçisi bilindi

Aleksey Berezutski CSKA-nın baş məşqçisi təyin edilib.

Goal.az xəbər verir ki, bu haqda Moskva klubunun saytı məlumat yayıb.

Qeyd edək ki, iyunun 15-də xorvatiyalı İviça Oliçin istefaya göndərilməsindən sonra Berezutski baş məşqçinin səlahiyyətləri vəzifəsini icra edirdi. Rusiya millisinin sabiq üzvü 17 il (2001-2018) CSKA-da çıxış edib.