23/07/2021
16:42
2522
| A A A
23 yaşlı futbolçu karyerasını bitirdi

Moskva "Lokomotiv”inin heyətində çempion olan Mixail Lısov gənc yaşında karyerasını bitirməyə qərar verib.

Goal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Nijni Novqorod”a keçən 23 yaşlı futbolçunun belə addım atmasına sağlamlığındakı problem səbəb olub. Damar problemindən əziyyət çəkən Lısov ötən mövsümü məhz zədə üzündən boşa verib.

Qeyd edək ki, Mixail Lısov "Lokomotiv”in öz yetirməsidir. Komandada debütünü 2017-ci ildə gerçəkləşdirib. Rusiya çempionatının qızıl medalçısı və ölkə kubokunun qalibidir. 2017-2019-cu illər aralığında Rusiyanın gənclər millisində çıxış edib.