Lokomotiv-in yeni çalışdırıcısı bilindi
Lokomotiv Moskva-ya yeni baş məşqçi təyin olunub.
Goal.az xəbər verir ki, almaniyalı Markus Gisdol ilə anlaşma əldə olunub.
52 yaşlı mütəxəssis yeni işinin icrasına tezliklə başlayacaq. O, oktyabrın 5-də istefaya göndərilmiş serbiyalı Marko Nikoliçi əvəzləyib.
Qeyd edək ki, Markus Gisdol daha əvvəl yalnız Almaniya komandalarında çalışıb. Təcrübəli baş məşqçinin son iş yeri Köln olub.