30/10/2021
11:20
4310
| A A A
Dzyuba Rusiya çempionatının tarixinə keçdi

Zenit-in futbolçusu Artyom Dzyuba Rusiya çempionatları tarixində ən yaxşı bombardirlər siyahısında birinci yerə yüksəlib.

Goal.az xəbər verir ki, 33 yaşlı hücumçu 144-cü qolunu vurub. O, son olaraq, Premyer Liqada XIII turun Moskva Dinamo-suna 1:4 hesabı ilə uduzduqları görüşdə fərqlənib.

Daha əvvəl rekord 143 dəfə fərqlənmiş Oleq Veretennikova məxsus idi. Üçüncü pillədə isə 139 qolla Aleksandr Kerjakov qərarlaşıb. Həm Veretennikov, həm də Kerjakov karyeralarını artıq başa vurub.

Qeyd edək ki, Artyom Dzyuba Zenit-dən əvvəl Spartak, Tom, Rostov və Tula Arsenal-ının formasını geyinib.