06/12/2021
20:54
2804
| A A A
Anzhi-nin prezidentinə 6 aylıq şərti cəza verilib

Anzhi-nin prezidenti Osman Kadiyev 6 ay müddətinə futboldan kənarlaşdırılıb.

Goal.az xəbər verir ki, buna funksionerin evdə Druzhba komandası ilə qolsuz heç-heçə etdikləri Milli Futbol Liqasının (NFL) oyununda meydana girməsi səbəb olub. O, əvvəlcə hakimlərlə aqressiv danışıb, daha sonra isə onların otağına daxil olaraq kobud rəftar edib.

Kadiyevin cəzası şərti xarakter daşıyır. Klub prezidenti həmçinin 125 000 Rusiya rublu məbləğində cərimələnib. (report)