Spartak Moskva-nın yeni baş məşqçisi bilindi
Spartak Moskva-nın yeni baş məşqçisi müəyyənləşib.
Goal.az xəbər verir ki, Ruy Vitoriyanın istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi vəzifəsi Paolo Vanoliyə həvalə olunub. 49 yaşlı mütəxəssis son 4 ildə İnter, Chelsea və İtaliya A millisində Antonio Kontenin köməkçisi işləyib.
Xatırladaq ki, Spartak bir neçə gün əvvəl portuqaliyalı Rui Vitoriyanı istefaya göndərib.
Spartak Rusiya Premyer Liqasında bu mövsümün ilk hissəsini 23 xalla 9-cu pillədə başa vurub.