24/02/2022
14:24
1040
| A A A
Rusiya klubunda baş məşqçi ayrılığı

Rusiya Premyer Liqasında çıxış edən Khimki baş məşqçisi İqor Çerevçenkonu istefaya göndərib.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Çerevçenko ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Onunla birlikdə köməkçiləri də klubdan gedib.

Khimki Premyer Liqada 18 oyundan sonra 14 xalla sonuncu – 16-cı pillədə qərarlaşıb.