28/02/2022
22:31
2378
| A A A
Ukraynalı futbolçu Rusiya klubundan ayrıldı

Ukraynalı futbolçu Dmitri Litvin Rusiyanın CSKA Xabarovsk klubundan ayrılıb.

Goal.az xəbər verir ki, ukraynalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Litvin Rusiya klubuna cari mövsümün əvvəlində keçmişdi. 25 yaşlı futbolçu ÇSKA-da 18 oyun keçirib, 1 məhsuldar ötürmə edib.