02/03/2022
20:48
684
| A A A
Daha bir məşqçi Rusiya klubu ilə yollarını ayırdı

Daniel Farke Rusiyanın Krasnodar komandasında baş məşqçi vəzifəsindən ayrılıb.

Goal.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

46 yaşlı almaniyalı mütəxəssin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib. Klub onunla birlikdə köməkçiləri ilə də vidalaşıb.

Farke yanvarın 13-də baş məşqçi təyin olunmuşdu. Bir neçə gün öncə Lokomotiv-in almaniyalı baş məşqçisi Markus Gisdol da istefa vermişdi. Onların istefasına Rusiyanın Ukraynaya hərbi təcavüzü səbəb göstərilir.