05/03/2022
15:25
1416
| A A A
Rusiya Premyer Liqası üzvlükdən çıxarıldı

Avropa Peşəkar Futbol Liqaları Asossasiyası (EPFL) Rusiya Premyer Liqasını quruma üzvlükdən çıxarıb.

Goal.az xəbər verir ki, bu barədə EPFL-in rəsmi saytı məlumat yayıb. Avropa Peşəkar Futbol Liqaları Asossasiyasının idarə heyəti Rusiya Premyer Liqasını üzvlükdən çıxarmaq qərarına gəlib. Həmçinin bu, Milli Futbol Liqasına da şamil olunub.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.