15/03/2022
22:52
1071
| A A A
CAS Rusiyanın şikayətinə baxmadı

İdman Arbitraj Məhkəməsi (CAS) UEFA-nın Rusiya yığmalarına və klublarına qoyduğu qadağanı qüvvədə saxlayıb.

Goal.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Xəbərə görə, Rusiya Futbol İttifaqının şikayəti təmin edilməyib. Ancaq bu, ilkin qərardır və tam dinləmə yaxın həftələrdə keçiriləcək.

Qeyd edək ki, UEFA ilə yanaşı, FIFA da Rusiya yığmalarını və klublarını öz bayrağı altında keçirilən beynəlxalq turnirlərdən kənarlaşdırıb.