Rusiya çempionu müəyyənləşdi
Rusiyanın Sankt-Peterburq şəhərinin Zenit klubu ölkə Premyer Liqasının 27-ci turu çərçivəsində Lokomotiv Moskva-nı 3:1 hesabı ilə məğlub edib.
Goal.az xəbər verir ki, klub bu qələbədən sonra ölkə çempionluğunu rəsmiləşdirib.
Zenit bununla ardıcıl dördüncü, ümumilikdə isə səkkizinci dəfə Rusiya çempionu olub. Komandanın xallarının sayı 61-ə çatıb.