CSKA-da növbəti ayrılıq
CSKA daha bir futbolçusu ilə yollarını ayırıb.
Goal.az xəbər verir ki, Paytaxt təmsilçisi yarımmüdafiəçisi Alan Dzaqoyevlə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam veriblər.
31 yaşlı futbolçu CSKA-da ümumi karyerası ərzində 397 oyun keçirib və 77 qol vurub.