CSKA yeni baş məşqçi danışıqlarına başlayıb
CSKA mövsümün sonu baş məşqçi postunda dəyişiklik etməyi düşünür.
Goal.az xəbər verir ki, paytaxt təmsilçisi bu posta Vladimir İviçi dəvət etməyi düşünür. Serbiyalı mütəxəssis daha öncə PAOK, Watford və Maccabi Tel-Aviv kimi klublarda çalışıb.
Qeyd edək ki, İviç 2020-ci ilin dekabr ayından işsizdir.