Rusiyada mövsümün futbolçusu seçildi
Ufa-nın hücumçusu Həmid Ağalarov Rusiya Premyer Liqasında 2021/22 mövsümünün ən yaxşı gənc oyunçusu seçilib.
Goal.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
Səsvermədə 131 xal toplayan 21 yaşlı hücumçu birinci olub. Dinamo-nun yarımmüdafiəçisi Arsen Zaxaryan qalibdən 5 xal geri qalıb. Üçüncü yeri isə 46 xalla Krasnodar-ın futbolçusu Eduard Spertsyan tutub.
2021/22 mövsümündə RPL-də 29 oyun keçirən Ağalarov 19 qol vurub və bu göstərici ilə çempionatın bombardiri olub.