Dinamo Moskva-nın yeni baş məşqçisi bilindi
Dinamo Moskva-nın yeni baş məşqçisi müəyyənləşib.
Goal.az xəbər verir ki, bu vəzifəyə Slavişa Yokanoviç təyin olunub.
Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Yeni baş məşqçi ilə 1+2 illik müqavilə imzalanıb. Serb mütəxəssis Hertha-ya keçən Sandro Şvartsı əvəzləyib.
Yokanoviçin son klubu 2021-ci ilin noyabrında istefaya göndərildiyi Sheffield United olub.