30/06/2022
21:21
1938
| A A A
Lokomotiv Moskva-nın yeni baş məşqçisi müəyyənləşdi

Yozef Tsinnbauer Rusiyanın "Lokomotiv" futbol komandasına baş məşqçi təyin olunub.

Goal.az xəbər verir ki, təyinat formal xarakter daşıyır.

Baş məşqçi funksiyasını faktiki olaraq, Marvin Kompper yerinə yetirəcək. Lakin Kompperin bu vəzifədə rəsmən çalışmaq üçün lazımi lisenziyası yoxdur.

Qeyd edək ki, Yozef Tsinnbauer bu təyinatadək Almaniyanın "Hamburq", İsveçrənin "Sankt Qallen" və CAR-ın "Orlando Payrets" komandalarının sükanı arxasında olub. 42 yaşlı almaniyalı mütəxəssis "Orlando Payrets"lə iki dəfə ölkə çempionatının bürünc medalını qazanıb.