04/07/2022
12:32
1135
| A A A
İki legioner ÇSKA ilə müqaviləni dayandırıb

Rusiya ÇSKA-sının hücumçusu Çidera Ejuke və yarımmüdafiəçi Arnor Siqurdsson Moskva klubu ilə müqaviləni dayandırıb.

Goal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçular FİFA-nın klubla müqaviləni 2023-cü il iyunun 30-dək dayandırmağa imkan verən düzəlişindən yararlanıblar.

Klub futbolçuların müqavilə öhdəliklərinə baxmayaraq verdiyi qərardan təəssüfləndiklərini qeyd edib. ÇSKA FİFA-nın qərarı ilə bağlı məhkəmələrə müraciət etməyi planlaşdırdıqlarını da əlavə edib. (report)