07/07/2022
22:03
738
| A A A
Kamran Əliyev Rusiyada klubunu dəyişdi

Rusiyanın SKA-Xabarovsk komandasının əslən azərbaycanlı futbolçusu Kamran Əliyev Arsenal-a keçib.

Goal.az xəbər verir ki, 24 yaşlı hücumameylli yarımmüdafiəçi Tula təmsilçisi ilə müqavilə imzalayıb. Transferin detalları açıqlanmayıb.

Qeyd edək ki, Azərbaycan millisində oynamağa namizəd olan Kamran Əliyev Ximki-nin yetirməsidir. O, son 2 mövsümü SKA-Xabarovsk-da keçirib. Forvard 28 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.