05/08/2022
18:40
920
| A A A
Ukraynalı futbolçu Rusiya klubuna keçib

Ukraynalı futbolçu Aleksandr Masalov Rusiyanın "Ufa" komandasına keçib.

Goal.az xəbər verir ki, 25 yaşlı sağ cinah müdafiəçisi azad agent kimi I Liqa təmsilçisinə qoşulub.

O, ötən mövsüm ölkəsinin "Desna" klubunun şərəfini qoruyub və 7 oyunda meydana çıxıb.

Qeyd edək ki, hazırda Rusiya və Ukrayna arasında müharibə gedir.(report)