09/08/2022
16:00
3140
| A A A
Rusiya futbolunda koronavirusa görə məhdudiyyətlər tətbiq edilə bilər

Rusiya futbolunda koronavirusa görə bəzi məhdudiyyətlər tətbiq oluna bilər.

Goal.az xəbər verir ki, buna infeksiyaya yoluxma hallarının artması səbəb olacaq.

Artıq klublar liqa rəhbərliyindən məktub alıblar. Bildirilib ki, azarkeşlər üçün QR kod, rəqib komandalar üçün PCR testi, maska rejiminin olması və tribunalarda əyləşmə məhdudiyyətləri zəruri olacaq.

Qeyd edək ki, Rusiyada koronavirusun daha çox yayıldığı dönəmdə oyunlar məhdud sayda tamaşaçı ilə baş tutub. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI