Rusiya klubunun baş məşqçisi istefaya göndərilib
Rusiyanın Arsenal Tula komandasının baş məşqçisi Oleq Kononov istefaya göndərilib.
Goal.az xəbər verir ki, belaruslu mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Kononov 2022-ci ilin iyunundan Tula təmsilçisinə başçılıq edirdi.
Hazırda komanda 32 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. (report)