08/02/2023
20:39
2554
| A A A
Dzyubanın yeni klubu müəyyənləşdi

Rusiya millisinin sabiq hücumçusu Artyom Dzyubanın yeni iş yeri müəyyənləşib.

Goal.az xəbər verir ki, 34 yaşlı forvard Lokomotiv klubu ilə anlaşıb.

Tərəflər arasındakı müqavilənin bu mövsümün sonunadək nəzərdə tutulduğu bildirilir. Dzyuba yeni komandasında 7 nömrəli formada çıxış edəcək.

Artyomun son klubu Adana Demirspor olub. Dzyuba mövsümün əvvəlində müqavilə bağladığı bu komandadan ötən ilin noyabrında ayrılmışdı.

GÜNÜN ƏN ÇOX OXUNANLARI