21/11/2019
12:23
2889
| A A A
İnter-in müdafiəçisi Real Madrid-ə keçir

İnter-in futbolçusu Milan Şkriniar karyerasını Real Madrid-də davam etdirməyə yaxındır.

Goal.az xəbər verir ki, bu barədə slovakiyalı müdafiəçinin meneceri Mithat Halis açıqlama verib:

“İki ildir ki, Barcelona və Real Madrid Şkriniarı transfer etmək istəyir. Hazırda Real İnter-lə anlaşmağa daha yaxındır. Çünki həqiqətən, Şkriniara daha çox ehtiyacları var. Madridlilər Şkriniar üçün çox istəklidir. Onun gələcəkdə Real-a gedəcəyini düşünürəm”.

Qeyd edək ki, 2017-ci ildən İnter-də çıxış edən Şkriniar bu mövsüm 16 oyuna çıxıb.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1060 səs