21/11/2019
13:50
2642
| A A A
İbrahimoviç A Seriyasına qayıdır

Zlatan İbrahimoviç karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Goal.az xəbər verir ki, 38 yaşlı hücumçuya Milan “elçi düşüb”. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə Milan rəhbərliyinin İbrahimoviçin meneceri Mino Rayola ilə görüşdüyü bildirilir. “Qırmızı qaralar” isveçli hücumçuya 1,5 illik müqavilə təklif etməyə hazırlaşır.

2010-2012-ci illər aralığında Milan formasını geyinən İbrahimoviç 85 oyuna 56 qol vurub.

Hazırda LA Galaxy-ə məxsus olan hücumçunun müqaviləsi dekabrın sonuna qədərdir.