21/11/2019
15:47
1650
| A A A
“Hazırda hər şeyin yaxşı olduğunu deyə bilmərəm, amma…” – Levandovski

Bayern Munich-in futbolçusu Robert Levandovski açıqlama verib.

Goal.az xəbər verir ki, polşalı hücumçu, baş məşqçi Hansi Flik və Manchester City-nin çalışdırıcısı Pep Qvardiola ilə bağlı danışıb:

“Flik gəldiyi gündən futbolçularla açıq şəkildə, birbaşa ünsiyyət qurdu, futbolçular da bunu hiss etdilər. O da taktikanı sevən məşqçidir. Hazırda hər şeyin yaxşı olduğunu deyə bilmərəm, amma Flik bir neçə gün ərzində çox yaxşı iş gördü. Klub üçün də hazırda bu məsələ asan deyil. Klubsuz məşqçilər olduqca azdır, buna görə də, Fliklə yolumuza davam etməliyik.

Qvardiola hər futbolçunu daha yaxşı inkişaf etdirməyi bacarır. Ona görə də, onun rəhbərliyi altında çalışmaq hər futbolçu üçün şansdır”.

Bayern Munich rəhbərliyi Niko Kovaçın istefasından sonra komandanı 54 yaşlı mütəxəssisə tapşırıb. Flikin qış fasiləsinə qədər komandanın “sükanı arxasında” olacağı bildirilir.