21/11/2019
16:45
2502
| A A A
Beyl Tottenham-ə qayıda bilər - Mourinyo istəyir

Tottenham-in baş məşqçisi təyin olunan Joze Mourinyonun transfer istəyi məlum olub.

Goal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Qaret Beylin geri qaytarılmasını istəyir. Baş məşqçi Real-da işləri yaxşı getməyən Uels yığmasının ulduzunun transferinin qışda reallaşmasını arzulayır.

Qeyd edək ki, Beyl 2007-2013-cü illərdə Tottenham-də oynayıb. London klubu onu Real-a 101 milyon avroya satıb.