22/11/2019
11:18
1882
| A A A
Caka İtaliyaya keçir

Arsenal-la yollarını ayırmağa hazırlaşan Qranit Caka karyerasını İtaliyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, isveçrəli yarımmüdafiəçi ilə Milan və İnter yaxından maraqlanır. Arsenal-da azarkeşlərlə qalmaqal yaşayan və daha sonra kapitanlığı əlindən alınan Caka, qış fasiləsində Londondan ayrılacaq.

Həm Milan, həm də İnter yarımmüdafiə xəttini gücləndirmək üçün 27 yaşlı futbolçunu transfer etmək istəyir.

Qeyd edək ki, 2016-cı ildən Arsenal-da forma geyinən Caka, bu mövsüm 10 oyuna çıxıb. İsveçrə millisində də çıxış edən yarımmüdafiəçinin transfer dəyəri 40 milyon avrodur.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1139 səs