22/11/2019
11:46
2240
| A A A
Barcelona-nın müdafiəçisi Bundesliqaya keçir

Barcelona-nın futbolçusu Jan-Kler Todibo karyerasını Almaniyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, Bayer klubu 19 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Leverkuzen təmsilçisi Todibonu icarəyə götürmək yox, birdəfəlik transfer etmək niyyətindədir. Bunun üçün almanlar 10 milyon avrosundan keçməyə hazırdır.

Barcelona-da oyun praktikasının azlığından narazı olan Todibo da Kataloniya təmsilçisindən ayrılmaq istəyir. 2019-cu ilin yanvarında Barcelona-ya keçən müdafiəçi, bu mövsüm cəmi 2 oyuna çıxıb.