22/11/2019
12:16
1933
| A A A
Manchester City Sterlinqlə danışıqlara başladı

Manchester City futbolçusuyla danışıqlara başlayır.

Goal.az xəbər verir ki, “şəhərlilər” Rəhim Sterlinqlə müqavilənin müddətini uzatmaq niyyətindədir. 24 yaşlı futbolçuyla bir il əvvəl 300 min funt-sterlinq dəyərində müqavilə imzalayan Mançester klubu, yeni şərtlərlə uzunmüddətli – 2023-cü ilədək nəzərdə tutulacaq sözləşmə imzalamağı planlaşdırır. Yeni müqaviləyə görə, Sterlinq Premyer Liqada ən çox qazanan futbolçu olacaq.

Qeyd edək ki, 2015-ci ildə Liverpool-dan Manchester City-yə keçən futbolçu, cari mövsümdə iştirak etdiyi 17 oyunda 14 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

money.az currency