03/08/2021
21:02
2791
| A A A
Qarabağ-da iki yeni transfer

Milli komandamızın üzvü Riçard Almeydanın "Qarabağ"a keçidi rəsmiləşib.

Goal.az klubun saytına istinadən xəbər verir ki, onunla 1 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi komandada 7 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Riçard Almeyda daha öncə 2012-2019-cu illərdə Ağdam təmsilçisində oynayıb. Onun son klubu "Zirə" olub.

Ağdam klubu rəsmi sosial şəbəkələri vasitəsi ilə Qaspar Panadero Zamoranı da transfer etdiyini açıqlayıb.

2014-2020-ci illərdə "Almeriya"da çıxış edən Zamora sonra Birləşmiş Ərəb Əmirliklərinin "Əl Vahda" komandasına transfer olunub. Orda cəmi 5 oyun keçirən Samora azad agent statusu alıb və "Kadis"ə keçib. Zamora 2020/2021-ci illər mövsümünü Sequndada çıxış edən "Ponferradina"da icarə əsasında keçirib. O, son komandasında 24 oyuna 1 qol vurub.